ABŞ və Ukrayna 19 bənddən ibarət yenilənmiş sülh planını hazırlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər nazirinin birinci müavini Sergey Kislitsa məlumat verib.
Kislitsa qeyd edib ki, yenilənmiş layihə əvvəlcə mətbuata sızmış sülh planı variantına çox az bənzəyir:
“Hər bir tərəf aktual işçi variantı öz liderlərinə – Vaşinqtonda və Kiyevdə təqdim edəcək. Bundan sonra Tramp administrasiyası danışıqları irəlilətmək üçün Moskvaya müraciət etməyi planlaşdırır”. /axar.az/