ABŞ-dan Ukraynaya şok təklif: İmtina et, razılaşaq


ABŞ Ukrayna Prezidenti Vladimir Zelenskiyə Rusiya ilə münaqişəyə son qoymaq üçün Vaşinqton tərəfindən hazırlanmış çərçivə planını qəbul etməyi təklif edib.

Turkustan.az xəbər verir ki, bu barədə "Röyters"ə iki mənbə bildirib.

Bildirilir ki, plan layihəsi digər məsələlərlə yanaşı, Kiyevin bəzi əraziləri və müəyyən silah növlərini verməsini, həmçinin Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasını nəzərdə tutur. Mənbələr bildiriblər ki, ABŞ Ukraynanın təklif olunan planın əsas müddəalarına razılaşmasına sadiqdir.

Qeyd edək ki, daha öncə “Axios” Rusiya və ABŞ-ın gizli şəkildə 28 bəndlik yeni sülh planı üzərində işlədiyi xəbərini yayıb. axar.az/


MANŞET XƏBƏRLƏRİ