2026-cı ildə pensiyalar bu qədər artacaq – RƏSMİ


Dövlət Sosial Müdafiə Fondunun (DSMF) növbəti il üçün əhaliyə ödənişlər üzrə xərclərində nəzərdə tutulan ciddi artım ölkəmizdə sosial müdafiə tədbirlərinin gələn il də uğurla davam etdiriləcəyini deməyə əsas verir.

Turkustan.az xəbər verir ki, Fondun 2026-cı il üçün gəlirlərinin builki proqnoz gəlirlərinə nisbətən 705,7 milyon manat (9,3 faiz) çox olmaqla 8 milyard 323 milyon manat olması nəzərdə tutulur.

Fond gələn il əhaliyə 2024-cü ilə nisbətən 1 milyard 534 milyon manat, bu illə müqayisədə isə 788 milyon manat çox vəsait ödəyəcək.

Pensiyalarda artım dinamikası 2026-cı ildə də davam edəcək. Proqnoz göstəricilərə görə, gələn il pensiyaların indeksasiyasının təqribən 9,2 faiz səviyyəsində olması, orta aylıq pensiyanın 9,2 faiz artımla 590 manata, yaşa görə orta aylıq pensiyanın 629 manata çatması gözlənilir. /globalinfo.az/


MANŞET XƏBƏRLƏRİ