Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan "Bayraktar Kızılelma" daha bir test mərhələsini uğurla tamamlayıb.
Turkustan.az İHA-ya istinadən xəbər verir ki, "Gökdoğan" hava-hava tipli raketlə uçuş həyata keçirən təyyarə növbəti dəfə tarixi nailiyyət əldə edib.
Belə ki, "Baykar" Uçuş Təlimi və Test Mərkəzinin bölmə rəhbəri Halil Akarın sözlərinə görə, uğurlu sınaqlardan sonra "Kızılelma" dünyada hava hədəflərini vura bilən ilk pilotsuz döyüş təyyarəsi statusunu qazanıb.
Qeyd edək ki, yüksək manevr qabiliyyəti ilə seçilən "Gökdoğan" hava-hava raket sistemi 65 kilometrdən çox məsafədəki hədəflərə zərbə endirməyə imkan verir. Raket yüksəktexnologiyalı aktiv radar axtarıcısı ilə təchiz olunub və zərbə anında böyük dağıdıcı gücə malik parçalanan döyüş başlığına malikdir. /bakivaxti.az/