“Onlar sonda uduzacaqlar!” Venesuela ABŞ-la müharibəyə hazırdır


Venesuela Bolivar Universitetinin (UBV) professoru Angel Moro ABŞ-ın Karakasa qarşı hərbi təzyiqləri və Latın Amerikasında buna cavab olaraq yaranan yeni müdafiə bloku barədə danışıb.

Turkustan.az-ın xəbərinə görə, Moro bildirib: “Tramp administrasiyası 19-cu əsrin ‘Böyük Çubuq’ siyasətini yenidən gündəmə gətirir, lakin Latın Amerikası xalqları bu dəfə daha güclü müqavimət göstərir. ABŞ hər dəfə müdaxilə etdikdə məğlub olub və bu dəfə də belə olacaq.”

Onun sözlərinə görə, Vaşinqton 19-cu əsrin “Böyük Çubuq” siyasətini dirçəltməyə çalışsa da, indi milli şüura malik və daha vahid Latın Amerikası ölkələri ilə üz-üzədir. Professor Moro vurğulayıb ki, ABŞ-ın Venesuelaya qarşı aqressiv siyasəti regionda anti-imperialist həmrəylik cəbhəsinin formalaşmasına səbəb olub.

Moro qeyd edib ki, ABŞ uzun illər Panama, Meksika və Kuba kimi ölkələrə qarşı müharibə ritorikasından istifadə edib, lakin Venesuela ilə bağlı ritorika artıq açıq hərbi qarşıdurma həddinə çatıb. Venesuela gəmiləri hədəf alınır, hökuməti devirmək üçün təhdidlər səsləndirilir, ABŞ Hərbi Dəniz Qüvvələri isə ölkəni blokadaya almağa çalışır.

Professorun fikrincə, ABŞ Latın Amerikasının resurslarını inhisara almaq və onları qlobal bazardan kənarlaşdırmaq üçün regionu hərbi bazalar zəncirinə çevirməyə çalışır. Bu addımlar isə 1823-cü il Monro Doktrinasının yeni versiyası kimi qiymətləndirilir. ABŞ hələ də Latın Amerikasını özünün “arxa həyəti” kimi görür.

Moro sonda əlavə edib: “Artıq 1846-cı ilin Meksika işğalı dövründə deyilik. Bu gün Latın Amerikasında milli şüur və güclü həmrəylik mövcuddur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ