ABŞ hərbi gəmisinin ada ölkəsinə göndərilməsindən sonra Venesuela şimal-şərqindəki Trinidad və Tobaqo ilə enerji müqavilələrini dayandırıb.
Turkustan.az xəbər verir ki, ABŞ “narkotik ticarəti ilə mübarizə” bəhanəsi ilə Karib hövzəsində hərbi varlığını artırmağa davam edərkən, oktyabrın 26-da ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Gravely” raket əleyhinə gəmisinin Trinidad və Tobaqonun paytaxtı Port of Spaində lövbər salması ilə bağlı müzakirələr davam edir.
Venesuela prezidenti Nikolas Maduro məsələ ilə bağlı verdiyi açıqlamada Trinidad və Tobaqonu “ABŞ-ın təyyarə gəmisi kimi davranmaqda” günahlandırıb və bu çərçivədə ada ölkəsi ilə imzalanan enerji müqavilələrinin dayandırıldığını açıqlayıb.
Digər tərəfdən Trinidad və Tobaqo hökuməti, Associated Pressə (AP) verdiyi açıqlamada, "Gələcəyimiz Venesueladan asılı deyil və heç vaxt da asılı deyil" deyərək, enerji razılaşmalarının ləğvi ehtimalından narahat olmadıqlarını ifadə etdi.
Aytən Yaşar/ Turkustan.az