Repatriasiya tədbirləri çərçivəsində oktyabrın 23-də 1000 cəsəd Ukraynaya qaytarılıb ki, bu da Rusiya tərəfinin məlumatına görə, ukraynalı hərbçilərə məxsusdur.
Turkustan.az xəbər verir ki, bu barədə Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahı Facebook -da məlumat yayıb .
"Bu gün repatriasiya tədbirləri həyata keçirilib. 1000 cəsəd Ukraynaya qaytarılıb, Rusiya tərəfinin məlumatına görə, bu, Ukrayna hərbçilərinə aiddir. Hüquq-mühafizə orqanlarının müstəntiqləri Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə tezliklə bütün lazımı ekspertizaları həyata keçirəcək və repatriasiya edilmiş meyitlərin şəxsiyyətini müəyyənləşdirəcək", - məlumatda deyilir.
Aytən Yaşar/ Tukustan.az