ABŞ prezidenti Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında Mərkəzi Kəşfiyyat İdarəsinin Venesuelada gizli əməliyyatlar aparması ilə bağlı iddialara toxunub.
Turkustan.az xəbər verir ki, Tramp MKİ-yə bu əməliyyatları həyata keçirmək səlahiyyəti verdiyi iddiasını təsdiqləyərək, bunun səbəbin “Venesuela vasitəsilə ABŞ-a gələn narkotiklərlə mübarizə” olduğunu iddia edib.
ABŞ prezidenti "Əslində bunu iki səbəbə görə təsdiqlədim. Birincisi, onlar həbsxanalarını boşaltdılar və bu cinayətkarları ABŞ-a gətirdilər. Sərhəddən giriblər, çünki açıq sərhəd siyasətimiz var"-deyə, bildirib.
Digər səbəbin Venesuela vasitəsilə ABŞ-a gətirilən narkotiklərlə mübarizə olduğunu müdafiə edən Tramp: "Venesueladan əhəmiyyətli miqdarda narkotik gəlir və əksəriyyəti dəniz yolu ilə gəlir, lakin biz onları qurudan da dayandıracağıq" dedi.
Aytən Yaşar/ Turkustan.az