Putin: Avropa ölkələri ilə münasibətləri bərpa etməyə hazırıq


Rusiya prezidenti Vladimir Putin Avropa ölkələri ilə münasibətlərin səviyyəsini bərpa etməyə hazır olduqlarını bildirib.

Turkustan.az xəbər verir ki, qeyd edib ki, hazırda bu ölkələrlə əlaqələrin vəziyyəti qənaətbəxş deyil və rəsmi, eləcə də biznes sahəsində dialoq və təmaslar ən aşağı səviyyədədir.

Kreml mətbuat xidmətinin məlumatına görə, Putin Fransa, İtaliya, Braziliya, Kuba, Səudiyyə Ərəbistanı, Əfqanıstan, İraq, Pakistan və Cənubi Koreya da daxil olmaqla 34 ölkənin, həmçinin Rusiyada yaxın zamanda fəaliyyətə başlayan bir sıra Avropa, Asiya, Afrika və Cənubi Amerika ölkələrinin səfirlərini Kremldə qəbul edərək onların etimadnamələrini qəbul edib.

Tədbir zamanı çıxış edən Putin diplomatları təyinatları münasibətilə təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Beynəlxalq vəziyyətin getdikcə pisləşdiyini vurğulayan Rusiya prezidenti bildirib ki, uzun müddətdir mövcud olan problemlər daha da kəskinləşir, yeni gərginlik ocaqları yaranır. Onun sözlərinə görə, diplomatiya, kompromis və sülh yolu ilə həll axtarışları əvəzinə, birtərəfli və son dərəcə təhlükəli addımlar üstünlük təşkil edir.

Putin əlavə edib ki, dövlətlərarası dialoq yerini özünü güclü hesab edən və iradəsini digərlərinə diktə etmək hüququ olduğunu düşünən ölkələrin monoloquna verib. Nəticədə dünyanın bir çox bölgəsində dövlətlər suveren hüquqlarına hörmətsizlik, xaos və qanunsuzluqla üz-üzə qalır, özlərini müdafiə etmək üçün isə kifayət qədər güc və resurslara malik olmurlar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ