Əvvəla, bu, jurnalistin fikridir — vurğulayıram: bu, bir fikirdir. İkincisi, bu fikir istər jurnalist, istərsə də televiziya aparıcısı tərəfindən səsləndirilib və “Solovyov LIVE” özəl kanalında.
Turkustan.az xəbər verir ki, bu sözləri Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün brifinqdə rusiyalı jurnalist Vladimir Solovyovun Ermənistan və Orta Asiya ölkələrində “xüsusi hərbi əməliyyat” keçirilməsi çağırışı haqda danışarkən deyib.
“Üçüncüsü, sitatları oxudum; kontekstdən çıxarılan ifadələrə və ya dolayı çıxışa əsaslanmadım. Mən birbaşa çıxışa əsaslandım. Beləliklə, bu fikir əslində sual kimi formalaşdırılıb. Bu, bir bəyanat deyildi. Bu, daha çox sual idi, bilmirəm ritorik, yoxsa başqa bir şey idi; buna cavab vermək mənim işim deyil.
Dördüncüsü, bu ifadələr kreslo analitikləri tərəfindən açıq-aydın, təxribatçı şəkildə Rusiyanın rəsmi mövqeyi kimi təqdim edilib. Bilirsiniz, bu cür manipulyasiya ilə məşğul olmaq sadəcə qəbuledilməzdir", - o bildirib. /axar.az/