Netanyahu: Sülhə bir şans vermək qərarına gəldik


İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın 20 bəndlik Qəzza planının “sülhə şans verdiyini” deyib.

Turkustan.az xəbər verir ki, Amerikanın CBS kanalına müsahibə verən Netanyahu Qəzzada atəşkəslə bağlı sualları cavablandırıb.

Aparıcının “Müharibənin bitdiyinə necə əmin olursunuz?” sualını cavablandıran Netanyahu, “Biz sülhə şans vermək qərarına gəldik.(Trampın) 20 bəndlik planındakı maddələr kifayət qədər aydındır” deyib.

Netanyahu: "Hər şeydən əvvəl HƏMAS silahlarını yerə qoymalıdır. İkincisi, Qəzzada silah fabriklərinin olmaması və silah qaçaqmalçılığının olmaması təmin edilməlidir. Bu, tərksilah deməkdir" deyə, bildirib.

Məhbusların azad edilməsini nəzərdə tutan birinci mərhələdən sonra planın ikinci mərhələsinin tamamlanmasını istədiklərini ifadə edən Netanyahu ABŞ prezidenti Trampın “Həmas plana əməl etməlidir” sözlərinə istinad edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ