Serbiya prezidenti geri addım atdı: O, Türkiyədən üzr istədi


Serbiyanın paytaxtı Belqradda keçirilən mətbuat konfransında Prezident Aleksandr Vuçiç açıqlama verib.

Turkustan.az xəbər verir ki, Vuçiç bu bəyanatdan sonra ABŞ-da yerləşən X platformasında yayımlanan paylaşımlara da toxunub.

Türkiyə ilə münasibətlərə dair sualı cavablandıran Vuçiç bildirib:
“Türkiyə ilə əlaqələrimizdə qızıl çağdayıq. Biz Türkiyə ilə ən yaxşı münasibətləri istəyirik. Mənim paylaşımım öz ölkəsini dünyada hər şeydən çox sevən bir insanın duyğularını əks etdirirdi.”

O, daha əvvəl Prezident Rəcəb Tayyib Ərdoğanla bu kimi mövzuları müzakirə etdiyini də qeyd edib:
“Ərdoğanla yenidən görüşəcəm. Böyük və uğurlu bir ölkənin böyük liderindən danışırıq. Ankaranı küldən dirçəldən, İstanbulun simasını dəyişən, Mustafa Kamal Atatürkdən sonra Türkiyənin ən böyük lideri olan bir şəxsdir. O, Serbiyaya hər zaman xoş münasibət bəsləyib.”

Qeyd edək ki, bu açıqlamalardan öncə Vuçiç sosial mediada Türkiyəyə qarşı sərt ifadələr işlədərək,
“İndi məlum oldu ki, Türkiyə Qərbi Balkanlarda sabitlik istəmir və Osmanlı İmperatorluğunu dirçəltmək arzusu ilə yaşayır” kimi ittihamlar səsləndirmişdi. Son açıqlamaları isə münasibətlərin yumşaldılması istiqamətində atılan addım kimi dəyərləndirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ