ABŞ Əl-Qaidənin yüksək rütbəli üzvünə qarşı əməliyyata başladı


ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada terror təşkilatı Əl-Qaidənin yüksək rütbəli üzvünün öldürüldüyünü açıqlayıb.

Turkustan.az xəbər verir ki, Suriyada 2 oktyabr 2025-ci ildə həyata keçirilən hücumla bağlı CENTCOM-un internet saytında yazılı açıqlama verilib.

Açıqlamada CENTCOM tərəfindən həyata keçirilən hücumda Əl-Qaidə ilə əlaqəsi olan Məhəmməd Əbdülvəhhab əl-Əhmədin zərərsizləşdirildiyi bildirilib.

Yaxın Şərqdəki ABŞ qüvvələrinin terrorçuların hücumları planlaşdırma səylərini "pozmaq və qarşısını almaq" üçün bölgədə yerləşdirməyə davam etdiyi bildirilən açıqlamada hücumun yeri ilə bağlı məlumat verilməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ