Trampdan nazirə ZARAFAT: “Qoy Kanada 51-ci ştat olsun”


ABŞ prezidenti Donald Tramp Ağ Evdə ikinci dəfə Kanadanın baş naziri Mark Karni ilə görüşüb.

Turkustan.az xəbər verir ki, prezident Tramp Karninin səfəri zamanı ticarət razılaşması istiqamətində irəliləyişi qəbul edərək, ABŞ və Kanada arasında “qarşılıqlı sevgi” olduğunu, eyni zamanda “təbii qarşıdurma”nın olduğunu deyib.

Karnini "dünya səviyyəli lider" və sərt müzakirəçi kimi xarakterizə edən Tramp, "Kanadanın uğur qazanmasını istəyirik. Amma bilirsiniz ki, bizim də bunu istədiyimiz bir məqam var" dedi.
Karni həmçinin Trampın hərəkətlərini tərifləyərək onu transformativ prezident adlandırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ