Qarabağdan qovulmuş qondarma “artsax təhlükəsizlik şurasının keçmiş katibi” Samvel Babayan Ermənistan KİV-nə açıqlamasında bildirib ki, o, gələnilki parlament seçkilərində Ana Vətən (Hayrenik) Partiyasının lideri Artur Vanetsyanı dəstəkləyəcək.
Turkustan.az xəbər verir ki, Hayrenik Partiyası Samvel Babayanla əməkldaşlığı təsdiqləyib. Partiyadan “Hraparak”a bildirilib ki, bu il noyabrın 16-da Vaqarşapatda keçiriləcək icma seçkilərində Samvel Babayan onların namizədlərini dəstəkləyəcək.
Xatırladaq ki, Samvel Babayan 1990-cı illərdə Qarabağda erməni silahlı qüvvələrinə rəhbərlik edib və sonra Azərbaycan şəhərlərinin, rayonlarının işğalında xüsusi rol oynayıb.
Separatçılar arasında daxili mübarizə nəticəsində vəzifədən məhrum edilib və həbsə atılıb, azad edildikdən sonra isə Ermənistana gedib.
2016-cı ildə Qarabağa qayıtdıqdan sonra fəallaşıb. 2023-cü ilin sentyabrında həyata keçirlən antiterror tədbirlərindən sonra İrəvana qaçıb.
Samvel Babayan Xocalı soyqırımını törədənlərdən biridir. /modern.az/