Türkiyədə aparılan əməliyyat çərçivəsində saxlanılan 19 məşhur yalnız qan nümunələri və ifadələri götürüldükdən sonra sərbəst buraxılacaqlar.
Turkustan.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
"Onlara qarşı konkret bir həbs qərarı yoxdur. Baş Prokurorluq Jandarma Komandanlığına yalnız qan nümunələrinin və ifadələrin alınması üçün göstəriş verib. Saxlanılanlar qan nümunələri və ifadələri alındıqdan sonra sərbəst buraxılacaq. İttiham isə narkotik maddələrdən istifadə etməkdir”, - CNN Türk müxbiri Merve Tokaz bildirib.
Qeyd edək ki, saxlanılanlar arasında Birce Akalay, Berrak Tüzünataç, Ceren Moray Orcan, Demet Evgar Babataş, Deren Talu, Derin Talu, Dilan Polat, Duygu Özaslan Mutaf, Engin Polat, Feyza Altun, Hadise Açıkgöz, İrem Derici, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu, Metin Akdülger, Özge Özpirinçci, Zeynep Meriç Aral Keskin, Ziynet Sali kimi məşhurların adları yer alıb./publika.az