Evdə neçə baş heyvan saxlamaq olar? - “800-dən 2000 manatadək cərimə edilir”


“Ekzotik və vəhşi olanlardan başqa, digər heyvanların ev şəraitində saxlanmasına heç bir problem yoxdur. Qanunvericilikdə də bununla bağlı hansısa məhdudiyyət nəzərdə tutulmayıb”.

Bu sözləri “Yeni Sabah”a heyvansevər aktivist Hicran Məmmədova deyib.

Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən, heyvana şiddət göstərən şəxs 800 manatdan 2000 manatadək cərimə edilir:

“İlan, kərtənkələ, yenot kimi ekzotik heyvanların ev şəraitində saxlanması demək olar ki, qeyri-mümkündür. Bu, təhlükəli situasiyalar da yarada bilər. Ancaq, it, pişik, dovşan, tutuquşu və digər dekorativ quşların ev heyvanı kimi saxlanmasında problem yoxdur.

Son vaxtlar belə bir şayiə yayılıb ki, guya 1-dən çox it, yaxud pişik saxlamaq olmaz. Bu sadəcə heyvan düşmənlərinin uydurduğu fikirdir.

Parklarda, yaxud paytaxtın turistik ərazilərində şəhər sakinlərinə və əcnəbilərə şəkil çəkdirmək üçün meymunlar təklif olunur. Meymun ekzotik heyvandır və bu cür davranış düzgün deyil. Həmin meymunlarının bütün dişlərini çəkib çıxarırlar. Halbuki İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsinə əsasən, heyvana şiddət göstərən şəxs 800 manatdan 2000 manatadək cərimə edilir”.

Zəruri arayış: “Yaşayış məntəqələrində it, pişik və ya digər ev heyvanlarının saxlanması Qaydaları”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarına əsasən, baytarlıq, sanitariya-gigiyena, səs-küy və digər normaları pozmamaqla, şəhərdə və şəhərtipli qəsəbələrdə çoxmərtəbəli binaların ayrıca mənzillərində yaşayan hər bir ailəyə qonşulara narahatlıq yaratmamaq şərtilə bir it və iki pişik saxlamağa icazə verilir.

"Heyvanlar aləmi haqqında" Qanunun 53-cü maddəsinə əsasən heyvanlarla rəhmsizcəsinə davranılması nəticəsində onların şikəst və ya tələf etdilməsi məsuliyyətə səbəb olur.


MANŞET XƏBƏRLƏRİ