Azərbaycanda vəhhabiliyin mərkəzi haradır? – İlahiyyatçı detalları açır


Son günlər vəhhabiliyin gündəmə gəlməsi maraqlı bir faktı ortaya çıxarıb. İddia edilir ki, vəhhabiliyə görə, musiqi, idman, komediya, teatr və s. sahələr haram sayılır. Lakin bununla yanaşı, bəzi komediyaçılar, futbolçular, musiqiçilər bu təriqətin üzvü olurlar.

Bu paradoks nədən qaynaqlanır?

Globalinfo.az-a danışan ilahiyyatçı Əkrəm Həsənov deyib ki, islam dinində “vəhhabilik” adlı bir məzhəb yoxdur.

Onun sözlərinə görə, bu anlayış insanlar tərəfindən sonradan yaranmış və məzhəb kimi təqdim edilmiş yanlış bir təsnifatdır:

“Məhəmməd ibn Abdullah əl-Vəhhab böyük alimlərdən biri olub. Şəriəti düzgün şəkildə çatdırmağa çalışıb. Lakin müasir dövrdə “vəhhabilik” termini düzgün istifadə olunmur və əslində məzhəb kimi qəbul edilməməlidir”.

ekrem hesenov ilahiyyatci

Əkrəm Həsənov

İlahiyyatçı bildirib ki, sələfilikdə idmana, sənətə, teatra qadağalar yoxdur:

“Ümumiyyətlə, islamda musiqi, sənət, idman qadağa edilməyib. Musiqinin haram olması ilə bağlı müəyyən mübahisələr var. Həm Quranda, həm hədislərdə musiqidən çəkindirən ayə və hədislər olduğu üçün bəzi sələf alimləri musiqini haram hesab edib. Ümumiyyətlə isə həm əhli sünnə, həm də əhli şiə mənbələrində musiqinin haram olması ilə bağlı hökmlər var. Amma bu, ümumi hökmlərdir”.

Əkrəm Həsənovun fikrincə, Azərbaycanda hansısa şəxsləri vəhhabiliyə cəlb edən mərkəz və ya sistem yoxdur:

“Bu anlayış kökündən yanlışdır. Həmçinin, komediyaçılar, futbolçular və musiqiçilərin islamı qəbul edib, düzgün şəkildə ibadət etmələri normaldır. Onlar Quran oxuyur, Peyğəmbərin (s.ə.v) sünnəsini izləyir, Allaha inanır və səmimi şəkildə yaşamağa çalışırlar”.


MANŞET XƏBƏRLƏRİ