Qəzzada iki ildir davam edən müharibəyə son qoymaq məqsədilə Misirin Şarm əl-Şeyx şəhərində keçirilən danışıqlarda HƏMAS nümayəndə heyətinə rəhbərlik edən Xəlil əl-Həyya danışıqların məqsədini və təşkilatın mövqeyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, əl-Həyya Qahirədə yerləşən "əl-İxbariyyə" televiziya kanalına bunları bildirib.
"Biz Misirə, İsrailin Fələstin xalqına qarşı apardığı müharibəni dayandırmaq üçün məsuliyyətli və ciddi danışıqlar aparmaq niyyətilə gəlmişik".
HƏMAS nümayəndə heyətinin, Fələstin xalqının ağrı-acısını, narahatlıqlarını, dağıntılar altında qalanların və şəhidlərin səslərini dünya ictimaiyyətinə çatdırmaq üçün Şarm əl-Şeyxə gəldiyini vurğulayan əl-Həyya əlavə edib: "İşğalçı İsrail artıq iki ildir ki, Fələstin xalqına qarşı amansız bir müharibə aparır".
Aytən Yaşar/ Turkustan.az