Produser Tarix Əliyev və vəkil Şəfiqə Nağıyeva arasında mübahisə yaşanıb.
Turkustan.az xəbər verir ki, bu, "Təsir dairəsi" verilişində baş verib.
Verilişdəki cütlüyün taleyi ilə bağlı başlayan müzakirə mübahisəyə çevrilib.
Şəfiqə Nağıyeva ər-arvadın barışmasına razı olmadığını bildirib. Buna əsəbiləşən Tolik isə onların barışmasını dəstəklədiyini, yenidən evlənəcəkləri halda toyu özünün edəcəyini və cütlüyə 200-300 nəfərlik adamın pulunu öncədən göndərəcəyini deyib.
Tolik həmçinin barışacaqları halda onların toyuna müğənniləri də aparacağını qeyd edib. /Yenisabah.az/