Türkiyə XİN-dən İsrailin hücumuna REAKSİYA: Mübarizəmiz davam edəcək!


Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Azadlıq Donanmasına qarşı müdaxiləsinə reaksiya verib.

Turkustan.az xəbər verir ki, nazirlik, "Azadlıq Donanmasına qarşı beynəlxalq sularda müdaxilə, soyqırım törədən Netanyahu hökuməti tərəfindən həyata keçirilən pirat hərəkətidir" deyib. Nazirlik həmçinin İsrail qüvvələri tərəfindən saxlanılan Türkiyə vətəndaşlarının dərhal azad edilməsi üçün bütün səylərə başlanıldığını açıqlayıb.

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada aşağıdakı ifadələr yer alıb:

“Türkiyə vətəndaşları və millət vəkilləri də daxil olmaqla mülki fəallara qarşı bu hücum beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

İsrail insani dəyərləri müdafiə edən və dinc üsullardan istifadə edən hər cür səyi zorakılıqla hədəfə alaraq, bölgədə gərginliyi artırır və davamlı sülh səylərinə zərbə vurur.

İsrail qüvvələri tərəfindən saxlanılan vətəndaşlarımızın tezliklə azad edilməsi və ölkəmizə qayıtması üçün bütün lazımi təşəbbüslər həyata keçirilib. Digər fəalların vəziyyəti də aidiyyatı dövlətlərlə razılaşdırılaraq izlənilir.

Türkiyə Fələstin davasını dəstəkləməyə və Qəzzada soyqırımına son qoymaq üçün mübarizəyə davam edəcək”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ