Fransada hökuməti qurduqdan bir gün sonra istefa verən baş nazir Sebastien Lecornu, yeni hökumət qurmaq üçün son iki gündür siyasi qruplarla apardığı danışıqlardan ortaya çıxan “mümkün həll yollarını” prezident Emmanuel Makronla müzakirə edəcəyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, rezident Makronun istefasından sonra 48 saat intensiv danışıqlar aparmaq tapşırığı alan Lecornu siyasi qrupların nümayəndələri ilə təmaslarından sonra mətbuata açıqlama verib.
Lecornu yeni hökumətin qurulması üçün "masa üzərində həll yollarını" təqdim etmək üçün bu axşam Yelisey sarayında prezident Makronla görüşəcəyini açıqlayıb.
“Milli Assambleyanın sədri Yael Braun-Pivet, Senatın sədri Cerard Larçer və bütün siyasi partiyalarla məsləhətləşmələrimə əsaslanaraq, sizinlə bölüşəcəyim yaxşı xəbərlərim var” deyən Lecornu, hökumət böhranına baxmayaraq, siyasi partiyaların 2026-cı il büdcəsini 31 dekabr tarixindən əvvəl təsdiqləməyə “istəkli” olduğunu qeyd etdi.
Lecornu siyasətçilərin dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətinin 5 faizdən aşağı salınması mövzusunda həmfikir olduqlarını qeyd edərək, bunun ölkənin xaricdəki imici, təhlükəsizliyi və faiz dərəcələri üçün kritik əhəmiyyət kəsb etdiyini bildirib.
Mövcud hökumət böhranlarının Ukrayna Müharibəsi və Yaxın Şərqdəki təhlükəsizlik vəziyyəti baxımından da narahatlıq doğura biləcəyinə diqqət çəkən Lecornu, "Bir neçə gündür Fransanın xaricdəki imici ilə bağlı müxtəlif paytaxtlarda açıq suallar var" dedi.
Aytən Yaşar/ Turkustan.az