1 milyonu ələ keçirilən 43 yaşlı general kimdir? - DOSYE


Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı, kapitan Ayaz Bayramov 3 milyon manata yaxın dələduzluqda ittiham olunur.

Turkustan.az Bakıvaxtı.az-a istinadən bildirir ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini Raul Zeynalov da aldadılanlar sırasındadır.

Sözügedən sabiq rəis müavini kimdir?

Əldə etdiyimiz məlumata görə, Raul Süleyman oğlu Zeynalov 1982-ci ildə Şəmkir rayonunda dünyaya gəlib.

O, Ali təhsilini Bakı Dövlət Universitetində alıb. Ailəlidir, iki övladı var.

Raul Zeynalov uzun müddət Fövqəladə Hallar Nazirliyinin müxtəlif qurumlarında çalışıb.

23 dekabr 2021-ci ildə FHN-in Bakı Regional Mərkəzinin rəisinin birinci müavini vəzifəsindən azad edilərək, Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini təyin edilib.

16 dekabr 2024-cü ildə isəFHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəis müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, o, 39 yaşında "general-mayor" ali hərbi rütbəsi ilə təltif edilib.

Hazırda onun biznes fəaliyyəti ilə məşğul olduğu deyilir.


MANŞET XƏBƏRLƏRİ