İspaniya Daxili İşlər Nazirliyi jandarmeriyaya sursat tədarük etməli olan İsrail şirkəti ilə 6,6 milyon avro dəyərində müqaviləyə xitam verib.
Turkustan.az xəbər verir ki, İspaniya hökuməti sentyabrın 23-də Nazirlər Şurasının iclasında Qəzzada törədilən soyqırıma qarşı təcili tədbirlər və Fələstin xalqına dəstək məqsədilə qəbul edilən İsrailə qarşı sanksiyaları həyata keçirməyə başlayıb.
İspaniyanın dövlət televiziyası RTVE bildirib ki, Daxili İşlər Nazirliyi jandarm üçün İsrail sursatlarının alınması ilə bağlı müqavilələri “yerinə yetirmək mümkün olmadığına görə” ləğv etmək prosesinə başlayıb.
Daxili İşlər Nazirliyindəki mənbələrə və sənədlərə istinadən xəbərdə bildirilir ki, İspaniyada Guardian Homeland Security SA tərəfindən təmsil olunan İsrailin IMI Systems LTD şirkətindən 6,6 milyon avro dəyərində 9x19 millimetr ölçülü güllələrin alınmasının dayandırılması ilə bağlı sənədlər imzalanıb.
Verilən məlumatda qeyd edilib ki, bu, Daxili İşlər Nazirliyinin İsrail şirkətləri ilə xitam verilən sonuncu müqaviləsidir.
Aytən Yaşar/ Turkustan.az