İndoneziyanın Şərqi Yava əyalətində təmirdə olan internat binasının uçması nəticəsində ilkin məlumatlara görə, 1 şagird ölüb, 102 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, polis və axtarış-xilasetmə qrupları verdiyi açıqlamada Şərqi Yavanın Sidoarjo şəhərində təmir işləri aparılan internat binasının uçduğunu bildirib.
Açıqlamada, ilkin məlumata görə, 1 şagirdin öldüyü, 102 yaralının xəstəxanaya aparıldığı paylaşılıb.
Axtarış-xilasetmə işlərinə rəhbərlik edən Nananq Sigit mətbuata açıqlamasında yüzlərlə axtarış-xilasetmə işçisinin iştirak etdiyi səylərin davam etdiyini, dağıntılar altında qalanlara su və oksigenin verildiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az