ABŞ prezidenti Donald Tramp yaxın günlərdə Rusiya prezidenti Vladimir Putinlə danışacağını bildirib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti bu barədə jurnalistlərə bildirib. O, həmçinin münaqişə ətrafında yaranmış vəziyyətdən narazı olduğunu, lakin onu həll edə biləcəyinə əminliyini ifadə edib.
Bundan əvvəl Donald Tramp bəyan etmişdi ki, Avropa liderləri Ukrayna ilə bağlı razılaşmanı müzakirə etmək üçün bazar ertəsi və çərşənbə axşamı ABŞ-a gələcəklər.
Aytən Yaşar/ Turkustan.az