ABŞ Prezidenti Donald Trampla görüş zamanı Ukrayna Prezidenti Volodimir Zelenski çox sayda təşəkkür edib.
Turkustan.az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Nəşr hesablayıb ki, Zelenski ümumilikdə 4,5 dəqiqə ərzində Trampa təxminən 11 dəfə “sağ ol” deyib.
Xatırladaq ki, fevral ayında baş tutan görüşdə Zelenski minnətdarlıq hissi ifadə etmədiyi üçün tənqid olunmuşdu. Lakin bu dəfə Ukrayna lideri təşəkkürlərini xüsusi diqqətə alıb. O, Ağ Evdəki qəbula, dünya liderlərini dəvət etməyə, qonaqlar və jurnalistlərlə görüşməyə, çox gözəl söhbətə və hədiyyə olaraq verilən Ukrayna xəritəsinə görə təşəkkürünü bildirib./Globalinfo.az