İsrailin 7 oktyabr 2023-cü ildə Qəzzaya başlatdığı hücumlarda on minlərlə günahsız fələstinli həyatını itirərkən, İsrail təhlükəsizlik kabineti Qəzzanı işğal etmək planını təsdiqlədi.
Turkustan.az xəbər verir ki, İsrailin siyasi təhlükəsizlik kabineti bu gün səhər tezdən, baş nazir Benyamin Netanyahu, təxminən iki ildir davam edən dağıdıcı müharibə üçün evdə və bütün dünyada artan tənqidlərə baxmayaraq, İsrailin Qəzza zolağına hərbi nəzarəti ələ keçirməyi planlaşdırdığını söylədikdən bir neçə saat sonra Qəzzaya müdaxilə planını təsdiqləyib.
Netanyahunun ofisi İsrail Müdafiə Qüvvələrinə istinad edərək: "İD münaqişə zonalarından kənarda mülki əhaliyə humanitar yardım göstərərkən Qəzza zolağına nəzarəti ələ keçirməyə hazırlaşacaq" dedi.
İsrailin baş nazirliyi Qəzzanın işğalına son qoymaq üçün beş şərt irəli sürüb: HƏMAS-ın tərksilah edilməsi, bütün girovların, ölü və dirilərin təhvil verilməsi, Qəzza zolağının tərksilah edilməsi, Qəzza zolağına İsrailin təhlükəsizlik nəzarəti, HƏMAS və ya Fələstin muxtariyyətindən başqa administrasiyanın yaradılması.
Aytən Yaşar/ Turkustan.az