ABŞ Rusiyanın nüvə bazalarına təyyarə göndərdi


ABŞ Murmansk vilayətindəki Rusiyanın nüvə bazalarına ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Boeing WC - 135 casus təyyarəsini göndərib.

Turkustan.az xəbər verir ki, nəşr Flightradar24 portalının məlumatlarına istinadən yazır.

“ABŞ Hərbi Hava Qüvvələrinə məxsus WC-135R təyyarəsi İngiltərənin şərqindəki əsas Britaniya bazası olan RAF Mildenhall -dan havaya qalxdı və daha sonra Norveçin qərb sahilləri boyunca şimala doğru hərəkət etdi ”.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi bəyan etmişdi ki, ABŞ strateji sabitlik üzrə dialoqda maraqlı deyil və buna görə də Rusiya Strateji Silahların Azaldılması Müqaviləsinin (START) yenilənməsini müzakirə etməkdə heç bir məna görmür.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ