İsrail Qəzzanın 88 faizini məhv edib


2023-cü il oktyabrın 7-dən etibarən İsrail Qəzza zolağına 125 min ton partlayıcı ilə hücum edərək, on minlərlə fələstinlinin ölümünə səbəb olub, Qəzzanın 88 faizini məhv edib və 62 milyard dollardan çox maddi ziyan vurub.

Turkustan.az xəbər verir ki, Qəzza hökumətinin Media Ofisindən verilən açıqlamada İsrail ordusunun Qəzzaya 650 gündür davam edən hücumları ilə bağlı son məlumatlar paylaşılıb.

Qəzzada "ölüm tələləri" kimi tanınan ABŞ-İsrail yardım mərkəzlərində İsrail ordusu tərəfindən aclıqdan ölən fələstinlilərin sayı 877, yaralananların sayı 5666, itkin düşənlərin sayı isə 42-yə çatıb.

İsrail ordusunun 139 gündür sıx blokadada saxladığı, fələstinlilərin ac qalmasını və yardımların çatdırılmasının qarşısını almaq məqsədi ilə Qəzza zolağındakı bütün sərhəd-keçid məntəqələrini bağladığı vurğulanıb.

Qeyd olunub ki, bu 139 gün ərzində İsrail ordusu 76 min 450 humanitar yardım və yanacaq daşıyan maşının Qəzzaya daxil olmasına mane olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ