Husilər İsrailə hücuma keçdi


Yəməndə İranın dəstəklədiyi husilər pilotsuz uçuş aparatlarından (PUA) istifadə edərək İsrailin cənubuna hücuma keçdiklərini açıqlayıblar.

Turkustan.az xəbər verir ki, Husi ordusunun sözçüsü Yəhya Seri verdiyi açıqlamada İsraili 3 PUA ilə hədəf aldıqlarını bildirib.

Seri iki PUA-nın İsrailin cənubundakı Negev bölgəsindəki hərbi hədəfə, bir PUA-nın isə Eylat limanına göndərildiyini bildirib.

Hücumların "uğurlu" olduğunu deyən Seri İsrailin Qəzzaya hücumlarının hücumları bitənə və blokada qaldırılana qədər davam edəcəyini bildirib.

İsrail ordusu Yəməndən göndərilən PUA-nı Eylat bölgəsində ələ keçirdiklərini açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ