İsraildən Dəməşqə zərbə: Müdafiə Nazirliyi və Baş Qərargah hədəf alındı


İsrail ordusu Dəməşqdə Suriya Müdafiə Nazirliyini və Baş Qərargahı hədəfə alıb.

Turkustan.az xəbər verir ki, Reuters xəbər agentliyi iki suriyalı mənbəyə istinadən məlumat verib ki, İsrail ordusu Suriyanın paytaxtı Dəməşqdə yerləşən Suriya Müdafiə Nazirliyinə və Baş Qərargah binasına hava zərbələri endirib.

İsrail ordusu da məsələ ilə bağlı açıqlama yayaraq, Dəməşqdə yerləşən Suriya Baş Qərargahının giriş qapısına hava hücumu təşkil edildiyini təsdiqləyib.

Bundan əlavə, İsrail ordusu Suriyanın cənubunda, druzlarla hökumət qüvvələri arasında qarşıdurmaların yaşandığı Sveyda şəhərinə də hava zərbələri endirib. Bildirilir ki, İsrail zərbələrinin əsas hədəfi Suriya hökumət qüvvələri olub.

İsrail ordusu həmçinin ölkənin Suriya ilə sərhəd bölgələrinə əlavə hərbi qüvvə yerləşdirəcəyini bəyan edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ