İrəvan-Bakı-Moskva formatı işləmir, çünki inanmırıq


Ermənistan, Azərbaycan və Rusiya baş nazirlərinin müavinlərinin üçtərəfli formatı uzun müddətdir ki, fəaliyyət göstərmir.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“O, sizə məlum olan səbəblərə görə, o cümlədən mövcud mətnlərdəki uyğunsuzluqlara, mövcud praktiki problemlərə görə fəaliyyət göstərmir, açıq desək, mövcud olan bəzi inamsızlıqlara görə, reallıq budur”, - o bildirib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ