SORĞU: Dünyada Çinə müsbət, ABŞ-a və Trampa mənfi yanaşma artır


ABŞ-da yerləşən "Pew Research" tərəfindən dərc edilən beynəlxalq sorğu hesabatında Çin və Prezident Si Cinpin haqqında müsbət fikirlər artdığı, ABŞ və Prezident Donald Tramp haqqında mənfi fikirlər artdığı ortaya çıxıb.

Turkustan.az xəbər verir ki, "Pew Research" yanvarın 8-dən aprelin 26-dək 25 ölkədən 30 000-ə yaxın insan arasında Çin və ABŞ-a baxışları ilə bağlı sorğu keçirib.

Sorğunun nəticələrinə görə, ABŞ-la bağlı mənfi fikirlər artıb, Çinlə bağlı baxışlar isə müsbət xarakter alıb.

Nəticələrə görə, Çinə qarşı müsbət rəy nisbəti keçən il 31 faizdən bu il 36 faizə yüksəlib.

Çin prezidenti Xi-yə etibar edənlərin faizi 19 faizdən 25 faizə yüksəlib. Xi-nin müsbət fikirləri orta gəlirli ölkələrdə yüksək gəlirli ölkələrdən daha çox artıb.

2020-ci ildən bəri ilk dəfə olaraq Çinə müsbət baxışlarda artım müşahidə olunur.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ