ABŞ mətbuatı: Ukraynaya 10 milyard dollar dəyərində silah göndəriləcək


ABŞ-ın ilkin olaraq NATO müttəfiqlərinə təxminən 10 milyard dollar dəyərində silah satacağı, daha sonra isə bu silahların Ukraynaya göndəriləcəyi irəli sürülüb.

Turkustan.az xəbər verir ki, Axios xəbər saytına danışan planlarla tanış olan bir məmur, prezident Donald Trampın Ukraynaya silah göndəriləcəyini elan etməsindən sonra planın əhatə dairəsi ilə bağlı təfərrüatları paylaşıb.

Rəsmi Tramp administrasiyasının NATO ölkələrinə irimiqyaslı silah satışına hazırlaşdığını və ilk mərhələdə təxminən 10 milyard dollar dəyərində silahın satışa çıxarılacağını iddia edib.

Rəsmi bu ölkələrin silahların bir hissəsini birbaşa Ukraynaya göndərəcəyini və sözügedən plana Rusiyanın dərinliklərinə zərbə endirmək qabiliyyətinə malik uzaqmənzilli raketlərin daxil ediləcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ