Suriya təhlükəsizlik qüvvələri Sveyda şəhər mərkəzinə daxil olmağa başladı


Suriyanın cənubundakı Suveyda əyalətində üç gündür davam edən qarşıdurmalardan sonra Müdafiə Nazirliyinə bağlı qoşunların vəziyyətə nəzarəti ələ keçirmək üçün şəhərə daxil olmağa başladığı bildirilir.

Turkustan.az xəbər verir ki, Suriyanın rəsmi xəbər agentliyi SANA, Müdafiə Nazirliyinin Media və Kommunikasiya Departamentinə istinadən "Ordu hissələri Suveyda şəhərinə daxil olmağa başlayıb" xəbərini yayıb.

Suveyda Daxili Təhlükəsizlik Qüvvələrinin komandanı Əhməd əd-Dəlati Daxili İşlər Nazirliyinin sosial media hesabından verdiyi açıqlamada, “Daxili təhlükəsizlik və sabitliyi bərpa etmək, mülki insanları qorumaq və qan tökülməsinin qarşısını almaq üçün əsgərlərimiz Suveyda şəhər mərkəzinə daxil olmağa başlayacaq” deyib.

Dalati şəhərdəki mülki şəxslərin təhlükəsizliyi üçün səhər saat 8:00-dan növbəti xəbərdarlığa qədər komendant saatı elan edildiyini ifadə edərək, vətəndaşları evlərində qalmağa və qeyri-qanuni silahlı qrupların yaşayış yerlərindən mövqe kimi istifadə etməsinə icazə verməməyə çağırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ