40 illik dostu İbrahim Tatlısəsi hədələdi: Bütün Türkiyə görəcək


Türkiyəli müğənni İbrahim Tatlısəs ilə 40 illik dostu Mətin Cantimur arasında münasibətlər kəskin şəkildə pozulub.

Turkustan.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Cantimurun Tatlısəsin baxıcısı ilə imam nikahı etməsi iddiaları ikili arasındakı münasibətləri daha da gərginləşdirib.

Eyni zamanda Cantimurun oğlu Turgay Cantimur tərəfindən Tatlısəsin köməkçisi Mevlut Aybıya göndərilən təhdid mesajı da sənətçini hiddətləndirib:

“Ankaraya gəldiyinizdə sizə böyük sürprizim olacaq. İbrahim əmimə söylə, baxaq kim daha böyükdür, Tatlısəs, yoxsa Cantimur? Bunu Türkiyə görəcək”.

Bu mesajdan sonra Tatlısəs hüquqi proses başladıb. O, sosial media hesabından etdiyi açıqlamada Mətin Cantimur ilə yollarını tamamilə ayırdığını bildirib:

“Metin Cantimur ilə olan dostluğum bitib. Eləcə də, 5 ildir yanımda çalışan Mevlut Aybı ilə heç bir bağım qalmayıb. Artıq nə yanımda çalışır, nə də məni təmsil edir”. /publika.az/


MANŞET XƏBƏRLƏRİ