Gəncədə “Zəfər çalan Vətən oğulları” adlı görüş keçirilib


Bu günlərdə Gəncə-Daşkəsən Azərbaycan Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzi Kitabxanasının xidmət şöbəsində 44 günlük Vətən müharibəsinin şəhidi Ruslan Səlim oğlu Hümbətovun ailəsi ilə «Zəfər çalan Vətən oğlu» adlı görüş təşkil edilmişdir. Görüşün açılışında Azərbaycan şəhidləri bir dəqiqəlik sükutla yad edildi.

Sonra şəhid Ruslan Hümbətovun həyat və döyüş yolunu əks etdirən videoçarx iştirakçılar üçün nümayiş olundu. Gəncə şəhər 5 saylı orta məktəbin şagirdlərinin şəhidlərə həsr olunmuş kompozisiyası təqdim olunandan sonra çıxış üçün söz görüş iştirakçılarına verildi.

İlk olaraq şəhidin atası Səlim Hümbətov əmiləri Sabir, Kazım, Əli Hümbətovlar, qayınatası Şubay Əliyev, həyat yoldaşı Aysel xanım Hümbətova şəhid Ruslan Hümbətovla bağlı xatirələrdən danışaraq iştirakçılara görüşdə iştirak etdiklərinə görə öz təşəkkürlərini bildirdilər.

No description available.

Sonra şəhidin döyüş yoldaşları ilə bərabər xüsusi təyinatlıların zabiti Vasif Əliyev Gəncə Qazilər Birliyinin sədri Nemət Abdullayev, müavini Elçin Həsənov, mətbuat katibi Ramin Qasımov, İlkin Tağıyev, Əlibaba Qurbanov, şəhidlə bağlı xatirələrdən danışdılar.

Sonra görüşdə iştirak edən bir neçə şəhid anası çıxış edərək şəhid Ruslan Hümbətovun doğmalarına onlarla bir yerdə olub onlarla dərd ortağı olduqlarını bildirdilər.

Şəhid Ruslan Hümbətovun kiçik yaşlı balaları göz yaşları içərisində çıxış edərək hər dəqiqə atalarını yad etdiklərini ömür boyu unutmayacaqlarını bildirərək atalarının onlar barədə olan istəklərini yerinə yetirəcəklərinə söz verdilər.

Görüşdə Ruslan Hümbətovun təhsil aldığı orta məktəbin şagirdləri iştirak edirdilər. Onlarda şəhidlərə həsr olunmuş şeirlər söylədilər. Azərbaycan Yazıçılar birliyinin üzvü şair Zahir Şirani Ruslan Hümbətova həsr etdiyi şeiri ürək yanğısı ilə görüş iştirakçıları qarşısında söylədi.

Görüşün sonunda Mərkəzi Kitabxananın direktor vəzifəsini icra edən Səbinə Cəlilzadə çıxış edərək şəhidin ruhuna rəhmət diləyərək, bütün görüş iştirakçılarına görüşdə iştirak etdikləri üçün öz minnətdarlıqların bildirdi.

Görüşün rəsmi hissəsindən sonra iştirakçılar şəhidin doğmaları ilə fotolar çəkdirdilər.

No description available.

İlqar Daşdı Müzəffəroğlu
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


MANŞET XƏBƏRLƏRİ