Kremlin sözçüsü Dmitri Peskov Almaniyanın xarici işlər naziri Boris Pistoriusun sözlərini dəyərləndirib.
Turkustan.az xəbər verir ki, “Financial Times” qəzetinə müsahibə verən Pistorius Rusiyanın NATO üzvü olan dövlətə hücum edəcəyi təqdirdə alman əsgərlərinin rus əsgərlərini öldürməyə hazır olduğunu bildirib.
TASS xəbər agentliyinin verdiyi məlumata görə, Rusiyada yerləşən RBK media qrupuna danışan Peskov, Pistoriusun sözlərinə görə "Almaniya yenidən təhlükəli hala gəlir" deyib.
Peskov bu sözlərin Pistorius tərəfindən dediyinə inanmağın çətin olduğunu, lakin təəssüf ki, belə olduğunu bildirib.
Aytən Yaşar/ Turkustan.az