Azərbaycanlılar susdu, ermənilər hərəkətə keçdi: İrəvandan əks-iddia


Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında iyulun 10-da Əbu-Dabidə baş tutan görüşün konstruktiv keçməsi sülh prosesinə ümidləri artırıb. İki ölkənin rəsmi nümayəndələrinin də iştirak etdiyi danışıqlarda sülh müqaviləsi, sərhədlərin müəyyənləşməsi və s. kimi vacib məsələlər müzakirə olunub.

Bakı ilə İrəvanın görüşdən yaydığı bəyanatların məzmun olaraq bir-biri ilə demək olar eynilik təşkil etməsi diqqət çəkib. Ermənistan hökuməti ilə müzakirələr fonunda, həmçinin Qərbi azərbaycanlıların ata-baba yurdlarına qayıdışı məsələsi də gündəmə gəlib. Bu mövzunun da sülh danışıqları çərçivəsində müzakirələrə çıxarıla biləcəyi və yaxın zamanda mühüm addımlar atılmasının mümkün olduğu iddia edilir.

Danışıqların növbəti mərhələsində Qərbi Azərbaycana qayıdış məsələsinin də qaldırılması gözləniləndirmi?

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Qərbi azərbaycanlıların geri qaytarılması sülh sazişinə daxil edilə bilməz:

“Çünki Ermənistan tərəfi dərhal ermənilərin də Qarabağa qayıdışını həmin sazişə daxil etməyə çalışacaq. Azərbaycanlıların dönüşü ilə ermənilərin Qarabağa qayıdışı müqayisə olunmaz məsələlərdir. Bunun həlli üçün ən düzgün yanaşma mövzusunu uzunmüddətli müzakirələr şəklində dünya ictimaiyyətinə təqdim etməkdir.

Paralel olaraq, bu prosesdə bir neçə mühüm amil nəzərə alınmalıdır. Ən başlıcası ermənilərin qayıdış iddialarıdır. Belə bir təklif irəli sürülərsə, onlar heç bir şərt olmadan geri qayıtmağa cəhd göstərəcklər. Lakin, azərbaycanlıların qayıdışı sadə bir proses olmayacaq. Buna görə də bu məsələ uzun müzakirələr nəticəsində həllini tapacaq və xeyli vaxt ala bilər”.

qabil huseynli esas
Qabil Hüseynov

Politoloq bildirib ki, ermənilərin bu müddət ərzində Ermənistandan digər ölkələrə köç üçün müraciət etməsi gözləniləndir:

“Çünki onlar azərbaycanlıların tarixi torpaqlarına qayıdacaqlarını, yaşadıqları ərazilərin isə öz sahiblərini gözlədiyini anlayırlar. Bu, xalqlar arasında mübarizə məsələsidir. Hazırda mövzu ilə bağlı Azərbaycan tərəfinin mübarizəsi elə də yüksək səviyyədə deyil və beynəlxalq təşkilatlar da dəstək göstərmir. Ancaq ermənilər bu istiqamətdə fəallıq nümayiş etdirir, hökumət onlara yardımlar ayırır və beynəlxalq birliklərin diqqət mərkəzindədirlər”.


MANŞET XƏBƏRLƏRİ