Sabir Arazlı Özgün
(polemik əsintilər)
Çox sözdən öncə; masamın üstündə dörd kitab və “ermənistanın xəritələri” var. Mən professor N.N.Molçanovun “Diplomatiya Petra Pervoqo”, “Qermanskiye istoçniki o qenotside armyan”, C.S.Kirokasyanın “Mladoturki pered sudom istorii”, “Polkovodets Andranik” kitablarını səbrlə, sətirbəsətir oxuyub əxz elədikdən sonra qəribə hislər yaşadım. Xəstə təxəyyüllü, heç bir zaman hovuru yatmayan, təklənəndə quzu, təkləyəndə quduz olan, şəhər tipli qaraçı tayfasının (eləcə də onun havadarlarının) halına lap düzü çox acıdım.
İstəkli oxucu, amacım sözümün əvvəlində adlarını çəkdiyim bu kitablardakı bəzi məqamları önə çəkmək və zamanı gəldikcə qənaətimi qısaca olaraq sizlərlə bölüşməkdir.
1. N.N.Molçanov. “Diplomatiya Petra Pervoqo”. M., “Beynəlxalq münasibət” n., 1984.
1. ... 1701-ci ildə erməni siyasi xadim, bir zamanlar XIV Luiyə xidmət etmiş İ.Ori Ermənistanın (?) Fars ölkəsinin məngənəsindən azad olması üçün I Pyotra plan təqdim etdi. “250 ildən artıqdır, - deyə o çara yazırdı, - ... bizim xalq təzyiq altındadır. İstəyimiz isə bundan sonra da sizin müqəddəs çarlığın himayəsi altında yaşamaqdır”.
Xatırladıram ki, həmin vaxt keşiş Vartapet də onunla birlikdə idi.
Çar İsveçlə müharibə qurtardıqdan sonra (həmin ərəfədə ruslar İsveçlə müharibə vəziyyətindəydi) Ermənistanın (?) azad edilməsi məsələsini diqqət mərkəzində saxlayacağına söz verdi. Gürcüstan çarı VI Vaxtanq da eyni vaxtda ölkəsinin İran və Türkiyə basqınlarından qorunması üçün rus ordusunun köməyinə ehtiyacı olduğu barədə çara müraciət etmişdi (s. 409).
Yeri gəlmişkən, rusların İsveçlə, eləcə də, Kiyev Rus dövlətiylə, İstanbulla (Konstantinopolla) bağlı kökü dərinliklərə gedən çəkişmələrin nədəninə bir az təfərrüatıyla, – Murad Avcının “Qıpçaq çölünün yovşanı” (“Polın polvetskoqo polya”, M., 1994) kitabındakı faktların dəqiqliyinə güvənərək aydınlıq gətirmək istəyirəm; ruslar, rus xalqı haqqında ən qədim yazılı məlumata ilk olaraq “Bertin annaları” salnaməsində rast gəlinir. Orada deyilir: “Ruslar 839-cu ildə Lüdovikin yanında olarkən onlardan milli mənsubiyyətləri barədə soruşulanda belə cavab verdilər, – “isveçdirlər!” Salnamədə daha sonra bildirilir ki, “rus” adı altında skandinaviyalıları, – varyaqları tanıyıblar.
“Rus” sözü qədim varyaqcada (island dialektində) “avarçəkənlər” mənasındadır. Onlar Avropanın şimalında “dəniz cəngavərləri” kimi ad çıxarmışdılar. Finlər və estonlar isə İsveçi “Royssiya” adlandırırdılar. SSRİ dövründə bu ölkəyə “Veniya” (“venedlər” sözündəndir, yəni “slavyanlar”) deyirdilər.
Varyaqlar 839-cu ildən etibarən işğalçılıq məqsədiylə Avropanın cənubundakı ölkələrə hücuma hazırlaşırdılar. “Slavyan-rus” deyilən bu adamlar 860-cı ildə Qara dənizin güneyində yerləşən Amastrid şəhərini işğal edib amansız qətllər törətdilər, talanlar etdilər. Onlar hələ IX əsrdə Bizansa buna görə müraciət etmişdilər. Ruslar (patriarx Fotinin moizələrində deyildiyi kimi) bura gəmilər işləyən çaylardan, dənizlərdən, – başqa xalqların diyarından keçərək gəlmişdilər...
1066-cı ildə varyaqlar İngiltərəni işğal etdilər. İşğalçılığın miqyası genişlənirdi...
Slavyan ruslar haqqında. Varyaqlar əsasən dəniz ticarətiylə məşğul olurdular. Slavyanlar isə köçəri maldar idilər. Ruslar slavyanlarla döyüşə gedir, çapıb-talayır, əldə etdikləri qənimətlərlə dolanırdılar. Hətta slavyanlar ruslara vergi ödəmək məcburiyyətində idilər. Ruslar özlərinə “hörmət etdirməyi” bacarırdılar. Varyaqlarla slavyanlar heç qonşu da deyildilər, onları Baltik dənizi ayırırdı. “Rus” adlanan bu xalq İsveçin şimalında, – sahilboyu ərazidə yaşayırdı və əkin-biçin sahələri belə yox idi.
Ruslar IX-XII əsrdə Kiyev Rus dövlətini yaratdılar. Şərqi slavyan şüuru ilə özünü dərk etmiş qədim rusların etnik birliyi erkən feodal çağlarda, – Kiyev Rus dövlətinin bütövlüyü dövründə formalaşmışdır.
Yunanlar, romalılar, ərəblər, farslar... IX-XII əsrlərdə rusları “varyaqlar” adı ilə məlum olan xalq kimi tanıyırdılar. Roma tarixçisi Tatsitə görə ruslar Avropanın şimalında, – Visla ilə Oder çayları arasında yaşayan bir xalq olub...
...Nəhayət, “Ermənistan” məsələsinə qayıdıram. 1701-ci ildə Ermənistan vardımı?! Əslində isə İ.Ori bir sıra Avropa ölkələrini dolaşmış, “Ermənistan dövləti” yaratmaq üçün döymədiyi qapı qalmamışdı. Hətta farsların qəzəbinə tuş gəldiyindən Həmədandan Londona qaçan, Avropada millətçilik toxumu səpən Yusif Əmin Gürcüstanın Rusiyanın hamiliyini qəbul etməsindən sonra Qafqaza gəlmiş, İbrahimxəlil xana belə bu istək bildirilmişdi. Xan isə onu öldürmək qərarına gəlsə də, məlik Şahnəzər buna mane olmuşdur (bax. Y.V.Çəmənzəminli. “Qan içində” romanı). İkinci; İ.Ori deyir: “250 ildən artıqdır...” Belə çıxır ki, 1400-cü illərdə “böyük ermənistan” mövcud imiş. Malades! “Siyasi xadim” çara nədən onu da bəyan etmirdi ki, “hələ IV əsrdə bizim Böyük Ermənistan çarlığı olub?!!” Görünür İ.Ori çox dərinə getmək istəməyib...
Kitabda Türkiyə-Rusiya münasibətlərinə böyük yer ayrılıb. Məsələn, qeyd olunur ki, bu iki ölkə I Pyotrun çarlığı dövründə dəfələrlə, qarşılıqlı olaraq bir-birinə müharibə elan edib. Xüsusilə, türklərin 1453-cü ildə Konstantinopolu ələ keçirib adını dəyişərək İstanbul qoymasını ruslar həzm edə bilmirdilər. Təkcə 1710-1714-cü illərdə Osmanlı dövləti Rusiyaya dörd dəfə müharibə elan etmişdi. Pyotrun məqsədi İran və Osmanlı dövləti də daxil olmaqla isti dənizlərə qədər olan torpaqları işğal etmək idi. Hətta “Vəsiyyətnamə”sində də bunu geniş və aydın şəkildə dilə gətirir. Çar bu siyasətin reallaşmasında erməni kartından səmərəli istifadə etməyi zəruri hesab edirdi.
2. “... 1722-ci ildə əfqanların hücumu nəticəsində İran məğlub oldu və Hüseyn şah öldürüldü. Ona görə şahın kiçik oğlu Təhməz-Mirzə ruslardan kömək istədi. Həmin ilin 18 iyununda Pyotrun başçılığıyla 22 minlik ordu Astraxandan hərəkətə keçərək Xəzərətrafı ərazilərdə asayişi döyüş aparmadan bərpa etdi. 1723-cü ilin əvvəllərində Türkiyənin nəzarətində olan bu torpaqlar, - Ermənistanın müsəlmanlar yaşayan bu bölgələri artıq rusların hökmranlığı altındaydı. Bu isə türklərin səbrini tükədirdi. Pyotr bunu bildiyindən ordunun Türkiyəyə qarşı müharibəyə hazırlaşması barədə əmr verdi”.
Üstəlik... 1723-cü ilin sonunda İstanbulda bildilər ki, 12 sentyabrda Təhməz şah Peterburqda Rusiya ilə anlaşma imzalayıb. Əhdnaməyə əsasən Dərbənd, Bakı, Şirvan, Gilan, Mazandaran, Astrabad, - Xəzər dənizinin cənub və qərb hissələri rusların tabeliyinə keçib.
12 iyun 1724-cü ildə İstanbulda Türkiyə ilə Rusiya arasında anlaşma imzalandı, çünki türklər buna məcbur idi...
I Pyotr tövsiyə edirdi ki, erməniləri mümkün qədər tumarlamaq, köç etmələrinə onlarda daha çox həvəs yaratmaq lazımdır. Bu əsnada, Gürcüstan və Ermənistanın xristian əhalisinin müsəlman zülmündən xilas edilib nicat tapması məsələsi, necə ki, Pyotr söz vermişdi, hələ də gündəmdə idi (s.410-13). Lakin... 1690-cı ildə böyük qardaşı öldükdən sonra 18 yaşında taxta əyləşən imperator I Pyotr 27 yanvar 1725-ci ildə 53 yaşında ikən öldü və onun 35 illik çarlıq dövrü başa çatdı (s. 421).
440 səhifəlik kitabda Azərbaycanın adı çəkilmir. Tarixi torpaqlarımız ya İran, ya da Ermənistanın əraziləri kimi göstərilir.
Bu arada Z.Balayanın “Ocaq” kitabı da 1984-cü ildə çap olunmuşdur. Bu bir təsadüfmü?!
2. “Qermanskiye istoçniki o qenotside armyan”(II cilddə, I cild), “Ayastan” n., 1991.
Professor S.Stepanyan 17 avqust 1970-ci ildə Veqnerə məktub yazaraq Osmanlı imperiyası dövründə I Dünya müharibəsi zamanı erməni soyqırımı ilə bağlı həm özünün, həm də Almaniya arxivlərindəki materialların toplanaraq ona göndərilməsini xahiş etdi. Cavab məktubunda Veqner yazdı: “Hörmətli cənab Stepanyan, diqqətinizə görə sizə ürəkdən minnətdar olduğumu bildirirəm. Siz mənim yaralı yerimə toxundunuz. Ona görə tez bir zamanda Ermənistan lehinə yazdığım, gərgin əməyimin məhsulu olan və müxtəlif nəşriyyatlarda çap etdirdiyim həmin yaradıcılıq nümunələrini sizə göndərəcəyəm. Dostlıq salamıyla sizin Armin T.Veqner”.
Kimdir Armin Teofil Veqner? – “O, alman şairidir. Yazıçıdır. Publisistdir. Və sairdir... 1915-ci ildə alman ordusunun tərkibində sanitar xidmətçisi kimi müharibədə iştirak etmiş, erməni soyqırımının (? – Ö.S.A.) canlı şahidi olmuşdur. 1933-cü ildə A.Hitler əleyhinə “açıq məktub” yazdığına görə gestapo tərəfindən həbs edilmişdir. 1968-ci ildə ikinci dəfə İrəvanda olarkən Sitsernakaberddəki soyqırım abidəsini diz çökərək ziyarət etmişdir. (Bir qeyd: MK-nın icazəsi ilə ermənilər 1965-ci ildə “soyqırım” abidə-kompleksini (Nəhayət!) inşa etsələr də, 24 aprel matəm və qeyri iş günü kimi Ermənistan Ali Soveti tərəfindən qərar 30 noyabr 1988-ci ildə qəbul edildi)”.
Veqner haqqında məlumat qısaca belədir.
Kitabda həmçinin onun çəkdiyi 2 min (?) fotodan nümunələr təqdim olunur. Şəkillərdən birinin altında yazılıb: “Muş monastrına toplanaraq yandırılan qadın və uşaqların cəsədləri”. Nə demək istədiyim isə yəqin ki, anlaşılandır.
Veqnerin “gərgin əməyinin məhsulu olan” yazdıqlarından bəzi parçaları diqqətinizə çatdırıram:
1. ... 1919-cu ildə ABŞ prezidenti V.Vilsona ünvanladığı açıq məktubda deyir: “Cənab prezident! Sizə tanış olmadığınız biri müraciət edir, qulağınızı bağlamayın. Mən artıq bir dəfə sizin Konstantinopol(?)dakı səfirliyinizə də məktub təqdim etmişəm”.
2. ... 1878-ci ilin uyul ayında Avropa ölkələri erməni xalqının əmin-amanlığının və təhlükəsizliyinin təmin olunması üçün Berlində anlaşma (doqovor) qəbul etmişdir.
Yeri gəlmişkən, vurğulanan Berlin konqresi barədə kitabın 357-ci səhifəsindəki məlumatı olduğu kimi önə çəkirəm; “Konstantinopolda (San-Stefanoda) 1877-78-ci illərdə Rusiya ilə Türkiyə arasında gedən müharibədə türklər məğlub olduqdan sonra sülh anlaşması (müqaviləsi) imzalandı. Həmin anlaşmaya görə Cənubi Besserabiya, Qars, Batumi, Ardvin, Ardaqan, Bəyazid... Rusiyanın tabeliyinə keçdi. 16-cı maddəyə əsasən artıq Qərbi Ermənistan Rusiyanın nəzarətində idi. Berlin konqresində həmin maddə müzakirə edilərək erməni xalqının maraqları daxilində öz həllini tapdı”.
Kitabın 70-ci səhifəsindəki məlumat isə daha ətraflıdır: “1 iyun 1878-ci ildə İtaliya, Rusiya, Almaniya, Macar-Avstriya, Fransa, İngiltərə və Osmanlı İmperiyasının da qatıldığı konqresdə sülh müqaviləsi qəbul olundu. Həmin müqavilənin 61-ci maddəsində aydın şəkildə vurğulanır ki, xristian ermənilər 301-ci ildən, yəni Ermənistan çarı I Trdatın sarsılmaz dövlətçiliyi dövründən bu ərazilərdə yaşamışlar, lakin sonradan çarlıq türklər tərəfindən məhv edilmişdir”.
Bir daha: ermənilər “Berlin konqresi” məsələsində ondan sonrakı illərdə də israrla çeynədiklərini çürütməyə çalışırdılar. Erməni patriarxının konqresə təqdim etdiyi məruzəsindən: “1878-ci ilə qədər altı erməni vilayətində (Van, Bitlis, Ərzurum, Sivas, Xarxut, Diyarbəkir) 1.330.000 əhali yaşamışdır. 1896-cı ildə cəmi 737 min erməni qalmışdır. Təkcə 1895-ci ildə 85 min erməni öldürülmüşdür. 18 ildə II Əbdülhəmidin antierməni siyasəti nəticəsində 2500 şəhər və kəndlərimiz dağıdılmışdır. 568 monastr və kilsə məhv edilərək yerində 282 məscid inşa edilmişdir. Türklər erməni qadınlarını ərlərinin gözü qarşısında zorlayırlar...”
Əslində patriarx Berlin konqresinə təqdim etdiyi məruzəsində ifadəni o cür işlətsə də, özlərinin içində təbliğat aparırdı ki, bizə dövlət yaratmaq üçün bənnadan, papaqçıdan, dülgərdən daha çox döyüşməyi bacaran, vətən təəssübü çəkən igidlər lazımdır. Ona görə qadınlarınızın başqa millətlə intim münasibətdə olmalarına heç bir əngəl yaratmayın. Onsuz da onlar buna çox həvəslidirlər, hətta ərlərini belə saya salmırlar. Çalışın qızlarınız türklərlə daha çox nigaha girsinlər. Yeni nəsil yaratmalıyıq ki, Böyük Ermənistan xəyalımızı gerçəkləşdirə bilək.
Sözə qüvvət. V.Veliçko deyir: "Erməni qadınları başqa xalqların nümayəndələri ilə zorla, məcburən də olsa, zinalıq edirlər. Şərəfini itirmiş erməni qadınlarıyla münasibətdə İran əsgərləri, türklər, gürcülər və dağlılar heç bir ədəb-ərkan gözləmirlər. Bu səbəbdən də ermənilərin damarlarında hər cür qanların qarışığı axır”.
1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyü çərçivəsində bəstəkar Fikrət Əmirovun "Sevil" operası nümayiş olundu. Tamaşadan az sonra bir görüş zamanı SSRİ-nin dövlət başçısı N.S.Xruşşov yanında əyləşən A.Mikoyana göz vuraraq Azərbaycan rəhbəri İ.Mustafayevdən soruşur:
- İmam Daşdəmiroviç, Balaşı bu ağır duruma salan Edilya kimdir? Anastas deyir ki, o qadın azərbaycanlıdır.
İ.Mustafayev məsələni anlayır və təmkinlə cavab verir:
-Yoldaş Nikita Sergeyeviç, Edilya bir pozğun erməni qadınıdır. Bunu o da çox gözəl bilir. (M.Əfşan "Qasırğalar burulğanında", "Elm və təhsil"n., B., 2013, s.171).
Həmin illərdə II Vazgen Bakıya gəlmişdi. Bu, o vaxtlar idi ki, Krım Rusiya Federasiyasından alınaraq Ukraynanın tərkibinə qatılmışdı. Bunu fürsət bilib baş keşiş deyir: "İmam Daşdəmiroviç, Naxçıvan da məsafəcə Bakıdan İrəvana daha çox yaxındır, ..." Bu zaman İ. Mustafayev əsəbləşir və "On il öncə yüz mindən artıq azərbaycanlını deportasiya etdiniz Ermənistandan, bəs eləmədi?!."- deyərək hiyləgər erməninin sərsəm xəyalının ağzına elə bir daş basır ki, udqunub qalır (Yenə orada, s.273).
3. “... Ərzincanla Sivas arasında 1915-ci ilin iyununda vəhşicəsinə məhv edilən, on minlərlə erməninin, - qadın və uşağın kəllələrindən ibarət qalaqlanmış yüksək təpəcik qorxunc mənzərə yaradırdı”.
4. ... 15 mart 1921-ci ildə erməni tələbə Teyliryan keçmiş baş nazir Tələt paşanı Berlinin Qardenberq küçəsində, yaşadığı evin yaxınlığında atəş açaraq öldürdü. Buna səbəb onun Tələt paşanı erməni xalqının kütləvi şəkildə məhv edilməsində əsas günahkar hesab etməsi idi. 1956-cı ildə Qahirədə erməni dilində çap olunan “Xatirələr” kitabında qeyd edildiyi kimi, Berlin məhkəməsi 2-3 iyun 1921-ci ildə C.Teyliryana bəraət qazandırdı. Çünki onun Vertqauler, fon Qordon kimi tanınmış vəkilləri vardı (Veqner də bu qətli haqlı hesab edirdi). Tələt paşanın nəşi 1943-cü ildə Berlindən Türkiyəyə gətirildi və 1981-ci ilin martında (qətlin 60 illiyində) bu faciə İstanbulda təntənəli şəraitdə xatırlandı. 1922-ci ildə isə yenə də Berlində Bahəddin Şakir A.Erkanyan və Arş. Şirakyan tərəfindən öldürüldü. Onu da qeyd edim ki, 1890-ci ildən almanların ermənilərlə “dostluq cəmiyyəti” yardılmışdır.
Professor Volfditerin "1915-ci il soyqırımı"yla bağlı dördcildliyindən:
1. ... 1914-cü il avqustun əvvəllərində türklər Ərzurumdakı daşnak partiyasına, - ... əgər rusların əleyhinə bizi müdafiə etsəniz, Rusiya Ermənistanı ilə birlikdə türk vilayətləri Ərzurum, Van, Bitlis də daxil olmaqla muxtar erməni dövləti yaradacağıq, - deyə söz vermişdilər (s. 97).
2. ... 24-26 aprel 1915-ci ildə Konstantinopolda həbs edilən dəqiq 600 erməni deputat, partiya rəhbəri, yazıçı, jurnalist, həkim… Kiçik Asiyaya deportasiya olundu (s. 99).
Lepsius!.. – O kimdir?
İohannes Lepsius ermənipərəst şərqşünasdır. 30 ilə yaxın Qərbi Ermənistanda zülmə, əzaba məruz qalmış erməni xalqının problemləri ilə məşğul olmuşdur. “Erməni xalqının ölüm dərsləri”, “Almaniya və Ermənistan 1914-1918-ci illərdə”, “Türkiyədəki erməni xalqının vəziyyəti barədə hesabat” və s. kitabların müəllifidir. Qızları Veronika və Korina 1980-1987-ci illərdə Ermənistanda olmuşlar. Nəvəsi Manfred Aşke 1990-cı ildə İrəvandakı hərəkatda yaxından iştirak etmişdir.
Lepsiusun “Ermənilərə nə etmişlər? Danışmağın vaxtı çatmışdır” yazısından sətirlər: “... Bərbad oldu hər şey. Konstantinopoldan, Mosuldan, Bağdaddan, Yerisəlimdən... deportasiya edilən, türk şəhərlərindən və kürd kəndlərindən Ərəbistan çöllərinə doğru qovulan 150 mindən artıq erməni xalqı – qocalar, qadınlar, uşaqlar yollarda aclıqdan, susuzluqdan məhv olurdular. Onların yaşamaq hüququ yox idimi? Yüzminlərlə səfil vəziyyətinə düşən, səfalət içində yaşayan həmin insanların taleyi sizi narahat etmirmi?”
“Danışmağın vaxtı çatmışdır” deyir Lepsius, lakin ermənilərin nələr etdikləri barədə heç nə demir. Digərləri kimi erməni mövqeyindən çıxış edir.
Doktor İ.Lepsius hətta 20 avqust 1915-ci ildə Ənvər paşa ilə görüşmüş, ölkə daxilindəki vəziyyəti - xüsusi olaraq erməni məsələsini müzakirə etmişdir.
Potsdamdakı Almaniya mərkəzi arxivindən: ... Təbrizdə belə deyirlər ki, ermənilər evin damından türklərə atəş açıb. İran hökuməti xoşbəxtlikdən “bu erməniləri” tutmağa müvəffəq olublar və - nado je! – görüblər ki, bunlar erməni kostyumu geymiş türklərdir (s.217).
“Ermənilərin deportasiyası necə baş vermişdir (s. 305) yazısından: “... qız acılar içində ağlayırdı. Mən onu təqib etdim və öyrəndim ki, bu qız 9 yaşlı Cəlilədir. O, türk idi. Ondan ata-anasının, qardaşının harada olduğunu soruşdum.
Dedi:
- Hamısını öldürdülər. Təkcə mən sağ qalmışam.
- Onları kim öldürdü?
- Ermənilər!
- Sizə kim dedi ki, onları ermənilər öldürdü?
- Bizi evdə bu cür öyrədiblər...
O öz hekayəsini danışdı. Məlum oldu ki, onları türk əsgərləri öldürüb. Sonra Cəlilə ümidsiz halda özünü üstümə ataraq, – mən azyaşlı və müdafiə olunmayan bir qızam, lütfən məni tərk edib getməyin! – dedi”.
Yazı müəllifinin nə demək istədiyi bəlli oldu. Deməli, erməni qadınları ömrü boyu ona görə dünyaya uşaq gətirərkən körpəsinə süd əvəzinə ilk olaraq “Türk gəldi!..” zəhəri içirər, qorxu və düşmənçilik xofu yaradarlar.
Həmin qadınları nəzərdə tutaraq yazmışam ki:
İlan anası da olsa, anadır,
Gərək balasına zəhər verməsin!
A.Qrabovskinin “Erməni problemi” (s.290) yazısından: “I Dünya müharibəsindən əvvəl Türkiyədə 2 milyon erməni yaşayırdı. Onlardan bir milyondan çoxu deportasiya olundu. 300 mindən çoxu Qafqaza qaçdı... Bununla belə Rusiyada bolşeviklər hakimiyyətə gəldikdən sonra gürcülərdən, ermənilərdən və tatarlardan ibarət müstəqil Zaqafqaziya respublikaları yarandı.”
Həm Molçanovun, həm də “Qermanskiye istoçniki o qenotside armyan” kitablarının “erməni redaktəsiylə” yazıldığı və tərtib olunduğu aşkardır.
3. C.S.Kirokasyanın “Mladoturki pered sudom istorii”, “Ayastan” n., 1989 (1986-cı il ermənicə nəşrindən rus dilinə tərcümə).
Kirokasyan kimdir? “Kommunist”dir, elmlər doktorudur. Ermənistan dövlət mükafatı laureatıdır. On il Ermənistanın xarici işlər naziri işləyib və s.
O, 1978-ci ildə Sovet nümayəndə həyətinin tərkibində BMT-nin 33-cü sessiyasında iştirak edir və çıxışı zamanı deyir: “Bu gün erməni xalqı, eləcə də Sovet İttifaqının bütün qardaş xalqları Cənubi Ermənistanın Rusiya tərkibinə qatılmasının (“köçürülməsinin” demir) 150 illiyini böyük təntənə ilə qeyd edir”.
Mən bu əlamətdar tarixin “bütün qardaş xalqların” bayram etdiyi qənaətində deyiləm, ancaq Ağdərədə 1828-ci ildə Marağadan Qarabağa ermənilərin köçürülməsinin 150 illiyi qeyd edildi. Bu faktdır. Hətta abidə də qoyuldu. Fəqət on il sonra “Qarabağ problemi” təzədən qabardılanda, “Marağa-150” yazısı həmin abidənin üstündən silindi.
Kirokasyan qeyd edir; İran şah rejiminin və Türkiyə sultanlığının əsarəti altında olan Cənubi Ermənistanın 1828-ci ildə üfüqlərindən azadlıq günəşi parladı. I Dünya müharibəsindən əvvəl, Türkiyədə 2 milyon 450 mindən artıq erməni əhalisi yaşamışdır, 1965-ci il məlumatına əsasən cəmi 33 mini qalmışdır.
Yeri gəlmişkən, müxtəlif mənbələrdə 1915-ci ilə qədərki dövrdə Türkiyədə yaşamış ermənilərin sayı gah 3 milyon 600 min, gah 2 milyon 200 min, gah da 1 milyon 750 min göstərilir. Ümumiyyətlə, 1912-1914-cü illərdə Türkiyənin 6 vilayətində erməni əhalisinin türklərdən və başqa millətlərdən daha çox olduğu iddia olunur; ermənilər - 38,8%, türklər 26,5%, digər xalqlar 15%. Yəni bilərəkdənmi, bilməyərəkdənmi özləri özlərini çaşdırırlar. Yaxud da; o, tez-tez belə ifadələr işlədir: Türkiyə Ermənistanı, Rusiya Ermənistanı, Cənubi Ermənistan, Qərbi Ermənistan... Həmçinin “İstanbul” əvəzinə hər yerdə “Konstantinopol”, Ağrı əvəzinə Ararat, “farsların Şamaxı şəhəri” deyir. Və s.
Xatırladır, Amerika prezidenti R.Reyqan iki dəfə, -15 aprel 1980-ci ildə (prezident seçkiləri ərəfəsində) və birinci prezidentliyi dövründə, yəni 1981-ci ildə, “1915-ci ildə Türkiyədə erməni soyqırımı olmuşdur” ifadəsini işlətmişdir.
Kirokasyan “Hindistan xalqının milli azadlıq hərəkatının qəhrəmanlıq səhifələri” monoqrafiyasında xüsusi olaraq qeyd edir ki, Hindistan xalqının milli azadlıq mübarizəsində erməni azadlıq birliyinin yüksək rolu olmuşdur (Təbii ki, “Ermənistan-Hindistan dostluğu”nun bu gün də davam etdiyi hər kəsə bəllidir).
Bu məqamda F.Engelsin bir fikrini xatırladım. O deyir ki, “erməni qul və kənizləri, - Hindistanın məbədlərində xidmət edən dini rəqqasələr ilk fahişələr olmuşdur”.
Erməni kimdir (yaxud, nədir)? Bu sualın cavabını K.N.Yüzbaşyan (yəni ermənin özü) dürüstcəsinə verir: “Yüzilliklər boyu ermənilərin taleyini İran, Yunan-Roma xalqları arasındakı əlaqələr müəyyən edib”.
Son olaraq
Ermənilərin əfsanəvi xalq qəhrəmanı hesab elədiyi, 1928-ci ildə Parisin Per-Lya-Şez qəbirsanlığında dəfn olunan, 1965-ci ildə Fransada, 1989-cu ildə Leninakanda heykəlləri qoyulan tayqulaq “general” Andranik Ozanyan deyir: “Türklərə göstərmək lazım idi ki, erməni əli silah tutmağı, erməni ürəyi öz hüquqlarını müdafiə etməyi və mübarizə aparmağı bacarır”. Bacarırmı?.. 44 günlük Vətən müharibəsi göstərdi ki, “güvəndiyi dağlar” arxa durmadan hayların nə silah tutan əli, nə də mübarizə aparmağı bacaran ürəyi var. Böyük Zəfər bunun təsdiqidir. II Qarabağ müharibəsində şahidi olduq ki, zəncirlənsə də, qəfəsə salınıb məcbur edilsə də, erməni əli silah tutmağı bacarmır.
Hə, bir də; “Bu bir daha təkrar olunmamalıdır” kitabının 3-cü səhifəsində yazılıb: “müəllif S.Qazaryan Ermənistanın Qars şəhərində (hazırda Türkiyə ərasindədir) anadan olub”.
Və yenə də; “Qermanskiye istoçniki o qenotside armyan” kitabının 356-cı səhifəsində qeyd olunur: “1918-ci il sentyabrın ortalarında Nuru paşanın (Ənvər paşanın qardaşı) komandanlığıyla müsavat-türk ordusu Bakını ələ keçirdilər. Şəhərin erməni əhalisinə görünməmiş işgəncələr verdilər. 30 mindən çox erməni öldürüldü...” – Şərhə ehtiyac yoxdur. Çünki tarix boyu ermənilər türkə elədiklərini türkün adına yamamağı, arxadan zərbə endirməyi necə məharətlə bacardığını əfsuslar olsun ki, ötən əsrin 90-cı illərindən üzü bəri bizlər də gördük və ağrısını bundan sonra da yaşayacağıq.
Daha bir əlavə; hayların fərziyyəsinə görə hələ II Əbdülhəmidin dövründə “ermənilərsiz Türkiyə” kompaniyası icra olunmuş, ölkədə kütləvi soyqırım və deportasiya həyata keçirilmişdir. “Ermənilərsiz Ermənistan!.. – Türkiyə hökuməti siyasətinin leytmotivi bundan ibarət idi” (s.284). Bu iddianın gerçək üzünü isə tam əksi olaraq 1988-ci ildə gördük, belə ki, “Türksüz Ermənistan” qərara alınaraq indiki Ermənistandan son nəfərinədək azərbaycanlılar dədə-baba torpaqlarından qovuldular. Türkiyənin özündə isə hələ də “soyqırıma məruz qalan” ermənilər yaşamaqdadırlar. Əcəba nədən?!
Bir anlığa dayanır və fikirləşirəm; erməni bu cəfəng hədyanlarla, utanıb-qızarmadan, abır-həya etmədən rusu, firəngi qandıra bilər, bəs... özləri necə, inanırlarmı?!. Sözümün əvvəlində bunların halına acıdığımı dilə gətirmişdim, çünki xəstə təxəyyüllü bu millətin düçar olduğu mərəz elədir ki, bu dərdin davası yoxdur.
Xəritə ilə bağlı; sən demə Azərbaycanın və Gürcüstanın heç ərazisi yox imiş, Türkiyənin 7 vilayəti (hazırkı Ermənistan o əyalətlərdən biri qədər ola-olmaya) Qərbi Ermənistana məxsus ərazilər imiş... Vallahi malades!
Ona görə, ingilis səyyahı Vilson deyir ki, araqarışdıran ermənilər istənilən cəfəngiyyatı böyütməklə həyasız dərəcədə mahirdirlər.
Ancaq... maraqlı cəhət odur ki, İranın hakimiyyət dairələrinin (mollaların) “Böyük Ermənistan” xəritəsindən xəbəri yoxdurmu? Axı Urmiya gölü, Təbriz, Ərdəbil də daxil olmaqla Güney Azərbaycanın bir hissəsi Cənubi Ermənistan kimi həmin xəritədə öz əksini tapıb?!. Onu qeyd edim ki, 1915-ci ildəki “Ermənistan ərazisiylə” hal-hazırda ali və orta məktəb proqramlarında tədris olunan tarix kitablarındakı “Böyük Ermənistan xəritəsi”, eləcə də, çoxcildli ensiklopediya kitablarındakı “tarixi Ermənistan” xəritəsi bir-birinə uyğun gəlmir. “1915-ci il erməni soyqırımı” xəritəsində isə daha ciddi çaşbaşlıq var, belə ki, 1 mm diametrlə işarələndiyi əsasla götürəndə Türkiyə və Yaxın Şərqdə “soyqırıma məruz qalan” ermənilərin sayı hətta 3 milyondan da çoxdur (?!). Və... sən demə, hələ 1915-ci ildə Qarabağ, Naxçıxan, Qars və s. Ermənistanın tərkib hissəsi imiş (?!).
Hə, lap unutmuşdum; həmin xəritədə digər yurd adlarımız kimi Gəncənin də adı dəyişdirilərək Qandzak kimi qeyd olunub.
İstəkli oxucu! Osmanlı İmperiyası dövründə yüzlərlə erməni hakimiyyət dairələrində yüksək vəzifələrdə işləyirdilər. Hətta Qabriel Naratunkyan ölkənin xarici işlər naziri idi. Belə olduğu halda nədən Tanrıya təpik atırdılar?!. Yaxud özlərindən sonra gələn nəsillərə “türklərin nədən və hansı səbəbə görə erməniləri “qırdığını” heç izah edirlərmi?! Edirlərsə... necə izah edirlər?..
44 günlük Vətən müharibəsindən sonra yazmışam ki:
Bu son olacaqmı?! Yox, olmayacaq,
Bu elə yaradır illər keçsə də sağalmayacaq!
Ən nəhayət; əminəm ki, gün gələcək, qara buludlar Qarabağın səmasından çəkildiyi kimi, erməni xislətinin pozuq kölgələri də gün işığında belə görünməz olacaq. Necə deyərlər, örkən nə qədər uzun olsa da, yenə gəlib doğanaqdan keçəcək.
XX əsrin sonlarından başlayaraq (zaman-zaman olduğu kimi) Azərbaycan xalqının büdrədiyi anlar olsa da, yenə dik durmağı bacardı. Əsil qəhrəmanlıq da elə budur, - Vətən büdrəyib silkələnsə də, yıxılmadı. Tarixin daha bir sınağından üzuağ çıxdı.
...Qarşımda dörd kitab var. “Ön söz əvəzi” yerində bu kitablardakı həqiqəti əks etdirməyən “fakt”lardan hissəcikləri oxucu diqqətinə çatdırmağıma zərurət vardımı? Düşünürəm ki, vardı!..
28 fevral 2025
Xankəndi şəhəri