Erməni jurnalist Voskan Sərkisyanın Ermənistanın Azərbaycanla sərhədində demarkasiya edilmiş ərazidən paylaşdığı görüntü müzakirələrə səbəb olub.
Turkustan.az xəbər verir ki, Sərkisyan demarkasiya və delimitasiya prosesindən sonra Azərbaycana təhvil verilən ərazilərdə bəzi işlərin görüldüyünü və bunu Ermənistandan müşahidə etdiyini söyləyib:
“2024-cü ildə Tavuş rayonunun Noyemberyan icmasında aparılan proses nəticəsində bir sıra kəndlər, o cümlədən Bağanis Ayrım Azərbaycana təhvil verilib. Beləliklə, bizim 30 il ərzində həmin ərazidə möhkəmləndiyimiz mövqelər də qarşı tərəfin nəzarətinə keçdi.
İndi Azərbaycan hərbçiləri o ərazidə radioyayım üçün böyük bir qülləsi ucaldıblar. Həmin qüllə Gürcüstan-Ermənistan dövlətlərarası avtomobil yolundan aydın görünür”. /globalinfo.az/