Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın Kremlə ultimatum verdiyini bildirdi.
Turkustan.az xəbər verir ki, Medvedev yazılı açıqlamada Trampın Ukrayna ilə razılığa gələ bilməyəcəyi təqdirdə Rusiyaya tətbiq edilən tarifləri 100 faiz artıracağı ilə bağlı təhdidinə cavab verib.
Dünyanın Trampın təhdidini səbirsizliklə gözlədiyini ifadə edən Medvedev: `"Tramp Kremlə möhtəşəm bir ultimatum verdi. Döyüşkən Avropa məyus oldu. Rusiya əhəmiyyət vermədi" dedi.
ABŞ prezidenti Tramp 50 gün ərzində Ukrayna ilə razılığa gələ bilməsə, Rusiyaya tətbiq edilən tarifləri 100 faiz artıracağını və Ukraynaya əlavə Patriot hava hücumundan müdafiə sistemləri göndəriləcəyini açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az