24 saatdır yanır! Alov qonşu şəhərə də çatıb


Konyanın Doğanhisar ilçəsinin Güvendik məhəlləsi yaxınlığında başlayan meşə yanğını nəzarət altına alınmağa çalışılır.

Turkustan.az xəbər verir ki, dünən səhər saatlarında Konyanın Doğanhisar ilçəsinin Güvendik məhəlləsi yaxınlığında başlayan meşə yanğını günorta saatlarında İsparta vilayətinin sərhədinə keçib. Alovların İspartanın Şarkikaraağaç rayonuna bağlı Yukarıdinek kəndinin təxminən 3 kilometrliyində baş verdiyi bildirilir.

Yanğının genişlənmə riski səbəbilə İsparta vilayətinə bağlı sərhədyanı kəndlərdə təxliyə tədbirləri görülməyib, lakin təhlükəsizlik tədbirləri gücləndirilib. Qonşu kəndlərdə ehtiyat tədbirləri artırılıb.

İsparta Qubernatorluğundan verilən açıqlamada qeyd olunur ki, müvafiq qruplar vəziyyəti yaxından izləyir və ehtimal edilən yayılma halında dərhal müdaxilə etmək üçün hazır vəziyyətə gətirilib. Həm Konya, həm də İsparta əyalətində yanğının söndürülməsi istiqamətində intensiv işlər davam etdirilir.

Yanğının sərhəd boyu yerləşən meşəlik ərazilər üçün də ciddi təhlükə yaratdığı qeyd edilir. Hazırda aidiyyəti qurumlar alovun nəzarət altına alınması üçün səylərini artırıblar.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ