İsrail mediası iddia edib ki, baş nazir Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampı HƏMAS ilə atəşkəs razılaşması əldə etmək üçün ona daha bir həftə vaxt verməyə razı salıb.
Turkustan.az xəbər verir ki, “Yedioth Ahronoth” qəzetinin yazdığına görə, adı açıqlanmayan ABŞ mənbələri yaxınları Qəzzada əsir saxlanılan israillilərin ailələrinə Netanyahunun Trampı atəşkəs və məhbus mübadiləsi razılaşmasını yekunlaşdırmaq üçün ona daha bir həftə vaxt verməyə razı saldığını bildirib.
Bildirilib ki, sözügedən əlavə müddət atəşkəs razılaşmasını iyulun 27-də İsrail parlamentinin yay sessiyasının sonuna yaxınlaşdırmaq məqsədi daşıyır.
Xəbərdə mənbələrə istinadən: “Prezident Tramp Qəzzadakı müharibədən yorulub, lakin Netanyahu bir az daha vaxt qazanmağı bacarıb” deyib.
Aytən Yaşar/ Turkustan.az