Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Saratov şəhərində Azərbaycan bayraqları ilə avtomobillərin yürüşünü əks etdirən videodan sonra araşdırmaya başlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya DİN-in Saratov vilayəti üzrə Baş İdarəsi məlumat verib.
"Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən yoxlama aparılır", - deyə idarədən bildirilib.
Qeyd edək ki, sosial şəbəkələrdə yayılan videoda Azərbaycan bayraqları ilə bəzədilmiş bir neçə avtomobilin Saratov küçələrində hərəkəti əks olunur. Kadrlardan birində avtomobillərdən birinin yol hərəkəti qaydalarını pozduğu görünür.
(oxu.az)