ABŞ-ın İran və İsrail arasındakı münaqişəyə müdaxiləsi nüvə müharibəsinə səbəb ola bilər.
Turkustan.az xəbər verir ki, bunu finlandiyalı professor Tomas Malinen "X" sosial şəbəkəsində yazıb.
"Vaşinqtonun İran-İsrail münaqişəsinə müdaxiləsinin ən böyük riski onun regional müharibəyə səbəb olması deyil, onun döyüşdə istifadə olunan "Pandora" taktiki nüvə silahları (TNW) qutusunu aça bilməsidir", - deyə ekspert öz fikirlərini bölüşüb.
"Bu, Fordodakı nüvə obyektinə çatmağın yeganə yoludur. Bundan sonra dünyamız bir daha heç vaxt əvvəlki kimi olmayacaq", - deyə Malinen yekunlaşdırıb.
Qeyd edək ki, bundan əvvəl Qərb mediası ABŞ prezidenti Donald Trampın İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün İranın Fordodakı uranın zənginləşdirilməsi mərkəzinə zərbə endirməyə meylli olduğunu yazıb.
"Bloomberg" də mənbələrə istinadən xəbər verir ki, ABŞ-da yüksək vəzifəli məmurlar yaxın günlərdə İrana zərbə endirmək ehtimalına hazırlaşır./publika.az