Əsəd rejimindən sonra ilk! Yüzlərlə insan axın etdi - FOTO


Suriyada müsəlmanlar devrilmiş Əsəd rejimindən sonra ilk Qurban bayramını qeyd edirlər.

Turkustan.az xəbər verir ki, paytaxt Dəməşqdə təqribən 2000 müsəlman bayram namazı üçün səhər saatlarında tarixi Əməvi məscidinə axın edib. Tarixi məsciddə növbəyə düzülən müsəlmanlar bayram namazını yerli vaxtla saat 06:15-də qılıblar.

Bayram namazı zamanı ərazidə ciddi təhlükəsizlik tədbirləri görülüb. Məscidin ətrafına polis qrupları, səhiyyə işçiləri və təcili yardım maşınları yerləşdirilib. Bayram namazı qılındıqdan sonra camaat bir-birini təbrik edib.

14 ildən sonra ilk dəfə bayramı məmləkətində qeyd edən suriyalılar: "14 ildən sonra Şamda bayram namazını yenidən qılmaq təsvir olunmaz hissdir. Bu gün Əməvi məscidində təkcə suriyalılar deyil, müxtəlif ölkələrdən gələn əcnəbilər də var idi. Bu məsciddə bayramın dadı tamam başqadır. Bura həm dini, həm də tarixi baxımdan xüsusi bir yerdir. Hər bayramda burada toplaşmağı çox sevirik"-deyə, bildiriblər.

Əsəd rejiminin süqutundan sonra Əməvi məscidində ilk Qurban bayramı namazı

Əsəd rejiminin süqutundan sonra ilk Qurban bayramı namazı Əməvi məscidində qılınıb.

Əsəd rejiminin süqutundan sonra ilk Qurban bayramı namazı Əməvi məscidində qılınıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ