UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunda üz-üzə gələcək "Qarabağ" və Niderlandın "Ayaks" komandalarının start heyətləri açıqlanıb.
Turkustan.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.
"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Emanuel Addai, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.
"Ayaks": Vitezslav Yaroş, Aron Bauman, Yuri Bas, Lukas Rosa, Anton Qoei, Şon Styor, Jorti Mokio, Ko İtakura, Raul Moro, Kasper Dolberq, Oskar Qlux.
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" qarşılaşması bu gün, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
***
"Qarabağ" - "Ayaks" qarşılaşması start götürdü.
***
Kamilo Duran görüşün 10-cu dəqiqəsində "Qarabağ"ı hesabda önə çıxardı: 1-0.
***
Dolberq 40-cı dəqiqədə hesabda tarazlıq yaratdı: 1-1.
***
Mateus Silva 47-ci dəqiqədə komandamızı yenidən hesabda önə keçirdi: 2-1.
***
Qlux 79-cu dəqiqədə hesabı bərabərləşdirdi: 2-2.
***
83-cü dəqiqədə Qoei qonaqları ilk dəfə hesabda önə keçirdi: 2-3.
***
Qlux 90-cı dəqiqədə "Ayaks"ın dördüncü qolunu vurdu: 2-4.
***
Qarşılaşma 4-2 hesabı ilə "Ayaks"ın xeyrinə başa çatdı. /axar.az/