KSQ-də qeyri-etik sualın olması iddialarına rəsmi CAVAB + FOTOLAR


Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) sosial şəbəkədə kiçik summativ qiymətləndirmədə (KSQ) yer alan sualla bağlı iddialara cavab verib.

Turkustan.az-ın xəbərinə görə, qurumdan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, paylaşım edilmiş hissə ümumi təhsil müəssisələrində istifadədə olan 3-cü siniflər üçün dərsliklərdə mövcud deyil.

“Belə bir test tapşırığı təhsil idarəetmə orqanları tərəfindən ümumi təhsil müəssisələrinə təqdim olunmayıb. Mənbəyi məlum olmayan hər hansı çap materialının dərslik və ya tədris vəsaiti kimi ictimaiyyətə təqdim edilməsi, həmçinin əsassız və dəqiqləşdirilməmiş məlumatların paylaşılmaması xahiş olunur”, – MÜTDA-dan qeyd edilib.

Qeyd edək ki, sosial şəbəkədə KSQ-də yer aldığı iddia olunan sualın cavab variantlarında “Atam həyətdə … doğrayır” adam və odun sözlərinin yazıldığı foto paylaşılıb.

xxx

“Bir işıq” adlı dərs vəsaitində testlərdən biri narazılığa səbəb olub.

Turkustan.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, çox sayda müəllim bu vəsaitdən istifadə edərək şagirdləri 2-ci sinif üzrə kiçik summativ qiymətləndirməyə (KSQ) hazırlayır.

Narazılığa səbəb olan tapşırığın şərtində “Atam həyətdə … doğrayır” cümləsindəki üç nöqtənin yerini variant kimi verilmiş “odun” və “adam” sözlərindən biri ilə doldurmaq tələb olunur.

“Adam” variantı şagirdlərin şüuraltında qatil psixologiyasını formalaşdırmağa yaradığı üçün valideynlər bu tapşırığı birmənalı qarşılamayıblar. Bəs görəsən, Azərbaycan dilində başqa söz yoxdurmu? Niyə məhz “adam”?

Sözügedən test tapşırığının 114 saylı məktəbdə 1-ci sinif şagirdlərinə təqdim olunduğu bildirilir. Lakin bu vəsaiti çox sayda müəllim istifadə etdiyi üçün söhbətin geniş arealı əhatə etdiyi məlum olur.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.

İbtidai sinif üçün vəsaitdə TÜKÜRPƏDƏN TAPŞIRIQ: Atam həyətdə adam doğrayır İbtidai sinif üçün vəsaitdə TÜKÜRPƏDƏN TAPŞIRIQ: Atam həyətdə adam doğrayır İbtidai sinif üçün vəsaitdə TÜKÜRPƏDƏN TAPŞIRIQ: Atam həyətdə adam doğrayır


MANŞET XƏBƏRLƏRİ